AZ

“Dövlət başçısının çıxışı bir sıra dövlətlərə açıq mesajdır” - ŞƏRH EDİLDİ

“Cənab Prezident İlham Əliyevin İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada etdiyi çıxışında səsləndirdiyi fikirlər bütöv Azərbaycan və region deyil, beynəlxalq siyasət baxımından da böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl dövlət başçımız bir daha dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi təkcə Qafqazda deyil, daha geniş coğrafiyada başlıca dəyişiklik olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Deputat bildirib ki, daha geniş coğrafiya heç şübhəsiz bütün dünya miqyası deməkdir: “Qazanılan qələbə təkcə Ermənistan üzərində deyil, onun havadarları erməni lobbisi və diasporu üzərində qazanılan qələbədir. Bu zəfər dünyaya mühüm təsir göstərir.Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycan ərazilərinin otuz il ərzində işğal altında qalmasını söyləməsi, BMT və ATƏT-in fəaliyyətsiz qalması, həmin təşkilatların tarixinin qara səhifələridir. Azərbaycan təkbaşına həmin qara səhifələri cırıb atdı, müvafiq qətnamələri özü yerinə yetirdi və eyni vəziyyətdə olan digər dövlətlərə də ölkə başçısı İlham Əliyev nümunə göstərdi. Buna görə də, hesab edirəm ki, Çernobbio forumunda dövlət başçımızın çıxışı müasir şəraitdə böyük tarixi əhəmiyyət daşıyır. Həmçinin sözügedən çıxış bir sıra dövlətərə də açıq mesajdır”.

Seçilən
119
1
sesqazeti.az

2Mənbələr