Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu ədalətsiz və yanlış qərarlar Avropa İttidaqı ilə Ermənistan arasında əlaqələrin dırnaqarası dərinləşməyinə Azərbaycanın isə Aİ ilə yaxşı münasibətlərinə rəğmən ölkəmizə qarşı haqsız yanaşmalara səbəb olur. Bu baxımdan da Aİ-nin cəzanın qarşısının alınması üzrə komitənin Azərbaycan əleyhinə yaydığı bəyanat əlbəttə ki, reallıqları ehtiva etmir. Eyni zamanda, Azərbaycanın bölgədə oynadığı önəmli rolu kölgə altına salır. Azərbaycanla Aİ arasında formalaşmış yaxşı münasibətlər sisteminə çox ciddi formada zərbə vurur. Hesab edirəm ki, bütün bu yanaşmalar mütləq şəkildə dəyişməlidir. Dəyişməyəcəyi təqdirdə Qərb institutları ilə Azərbaycan arasındakı münasibətlərdə də soyuqluqlar yaşana bilər. Hər halda Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Avropa İttifaqının məlum qurumunun yaydığı bəyanata obyektiv, reallığı ehtiva edən və çox dəqiq mövqe ifadə edib. Bütövlükdə Xarici İşlər Nazirliyimiz ölkəmizə qarşı xaricdən səslənən böhtanlara və qəribə bəyanatlara çox operativ reaksiya verir. Nazirliklə yanaşı, xaricdəki digər konsullarımız, səfirlərimiz son dövrlərdə daha da aktiv fəaliyyət göstərirlər".
Zeynəb Rzayeva