Rusiya İstintaq Komitəsinin paytaxtın mərkəzi qərargahı özünün Telegram-kanalında Moskvanın cənub-qərbində yerləşən hostellərdən birində 439 xarici vətəndaşın aşkar edilərək saxlanıldığı görüntülərini dərc edib.
Videoda hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantların yaşadıqları otaqlara baxış keçirirlər. Bu arada çevik polislərin nəzarəti altında miqrantların özləri də dəhlizlərdə düzülüblər.
Əcnəbilər paytaxt rayonunda miqrasiya qanunlarına əməl edib-etməmələri, hər hansı qanun pozuntusuna yol verib-verməmələri yoxlanılması üçün hüquq-mühafizə orqanlarına aparılıb
Cavid