Amerikalı müğənni Teylor Svift MTV Video Musiqi Mükafatları tarixində ən çox mükafatlandırılan solo ifaçı olub və son mərasimdə 7 mükafat qazanaraq, ümumi mükafatlarının sayını 30-a çatdırıb.
Qaynarinfo xəbər verir ki, bu, Beyonsun rekordu ilə müqayisə edilir. Baxmayaraq ki, mükafatlar arasında Beyonsun "Destiny's Child" və əri Jay-Z ilə birlikdə qurduğu superqrup "The Carters" ilə qazandığı qələbələr də var. Solo sənətçi kimi Beyons 25 mükafata sahibdir.
Madonnanın 20, Ledi Qaqanın isə 19 mükafatı var.
"İki həftə" filminə görə Post Malone ilə ən yaxşı əməkdaşlıq mükafatını qəbul edərkən Svift 11 srntyabr hadisələnin 23-cü ildönümü ilə bağlı danışıb:
"11 sentyabr hadisəsindən sonra bu səhər Nyu Yorkda oyananda 23 il əvvəl baş verənləri xatırladım. Sevdiyini itirən hər kəs və itirdiyimiz hər kəs... Bu gün ən vacib şey budur".
Daha sonra ilin videosu mükafatını qəbul edərkən pop ulduzu dəstəklərinə görə pərəstişkarlarına təşəkkür edib və 18 yaşdan yuxarı hər kəsi qarşıdan gələn prezident seçkilərində səs vermək üçün qeydiyyatdan keçməyə sövq edib.
Xatırladaq ki, Teylor Svift ABŞ seçkilərində Kamala Harrisi açıq şəkildə dəstəkləmişdi.
Aydın