AZ

Məşhur müğənni intihar etmək istəyən qadını xilas etdi

Məşhur amerikalı musiqiçi Con Bon Jovi ABŞ-nin Tennessi ştatında körpüdə intihara cəhd edən qadını hərəkətindən əl çəkməyə razı salıb.

"Cebheinfo.az" xəbər verir ki, Neşvil polisi video çəkmək üçün körpüdə olduğu güman edilən Jovinin intihara cəhd edən qadını razı saldığı anların görüntülərini yayımlayıb.

Görüntülərdə Jovi və yanındakı qadının Tennessi ştatının Neşvil şəhərində piyadalar üçün açıq olan Con Seigenthaler körpüsünün məhəccərlərində dayanan qadına yaxınlaşaraq onunla qısaca söhbət etdikləri görünür.

Bu danışıqdan sonra qadın məhəccərləri tərk edib və Jovini qucaqlayaraq hadisə yerindən uzaqlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
cebheinfo.az

1Mənbələr