Rusiyalı hücumçu Artyom Dzyuba özünə yeni komanda tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Insides from Karp” "Telegram" kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 36 yaşlı futbolçu "Akron"un oyunçusu olacaq. Dzyuba hazırda Tolyatti klubunda tibbi müayinədən keçir. Problem aşkarlanmasa, təcrübəli futbolçu ilə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanacaq.
Xatırladaq ki, Dzyuba bir neçə aydır klubsuz idi. O, ötən mövsümün sonunda “Lokomotiv”dən ayrılmışdı.
Yeddi turdan sonra "Akron" Rusiya Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir.
Mirağa
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta