AZ

Britaniya Rusiyanın 10 gəmisinə sanksiya qoyub

Britaniya

London, 12 sentyabr, AZƏRTAC

Böyük Britaniya Rusiya neftinə qarşı sanksiyalardan qaçmaq üçün qeyri-qanuni təcrübədən istifadə edən, Rusiyanın “kölgə donanması”na daxil olan 10 gəmiyə sanksiya qoyub.

AZƏRTAC xəbər verir ki, bu gəmilərin Böyük Britaniya limanlarına girişi qadağan ediləcək və onlara Britaniyanın Gəmi Reyestrinə daxil olmaq hüququ verilməyəcək.

Bildirilib ki, sanksiya tətbiq edilən gəmilərdən yalnız 3-ü Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana birlikdə 5 milyard dollardan çox dəyərində Rusiya nefti daşıyıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
azertag.az

3Mənbələr