Sankt-Peterburqda iştirak etdiyi tədbirdə səhhəti pisləşən Moskva və Bütün Rusiyanın patriarxı Kirill xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, Rusiya patriarxının halının pisləşməsinə səbəb isti hava şəraiti olub.
O, təcili yardım maşını ilə ərazidən aparılıb.