AZ

ANAMA rəsmisi: Füzulinin ən böyük kəndi olan Horadizin 70-80 faizi minalardan təmizlənib

Füzuli rayonunun ən böyük kəndi olan Horadizin 70-80 faizi minalardan təmizlənib.

Bunu “Report”un Füzuli rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Habil Babayev deyib.

O, işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinin sürətlə aparılmasını çətinləşdirən səbəbləri qeyd edib:

"Öncə onu bildirim ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərinə başlanılıb. Bu sırada ilkin olaraq, əsas infrastruktur layihələrinin, elektrik, avtomobil və dəmiryol xətlərinin keçəcəyi yerlərdə sürətli təmizləmə işləri həyata keçirilib.

Əhmədbəyli, Şuşa, Köndələn gölünün yatağı, ətraf hissələri, Füzuli şəhərinin özü və ətraf kəndləri, həmçinin şəhərsalma layihələri üzrə tapşırıqlar verilən kəndlərin ərazilərdə də təmizləmə işləri gerçəkləşdirilib. Lakin həmin ərazilərdə mina və metal qalıqlarının çoxluğu minatəmizləmə işlərinin sürətini ləngidir”.

ANAMA nümayəndəsi minalarla daha çox çirklənməyə məruz qalan ərazilər haqqında da məlumat verib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
aznews.az

1Mənbələr