Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla görüşüb.
Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, görüşdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da iştirak edib.
Görüşün təfərrüatları hələlik açıqlanmayıb.
Putin həmçinin Sankt-Peterburqdakı Konstantinovski sarayında təhlükəsizlik məsələlərinə nəzarət edən BRİKS ölkələrinin nümayəndələri ilə də görüşüb. O qeyd edib ki, Rusiya BRİKS çərçivəsində təhlükəsizliyə böyük diqqət yetirir.
Gülşən Şərif