Ukraynanın şərab istehsalçıları Gürcüstan və Ermənistana sanksiya tələb edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın “Bizzone” nəşri yazır.
Məqalədə qeyd olunur ki, ukraynalı istehsalçılar Avropa şərabçıları ilə rəqabətə tab gətirə bilmir, buna görə də hökumətdən aksiz vergilərinin azaldılmasını, eləcə də Gürcüstan və Ermənistan şərab istehsalçılarına qarşı sanksiyaların tətbiq edilməsini tələb edir.
Məsələ ilə əlaqədar “Ukrvinprom” konserninin baş direktoru Vladimir Kuçerenko da açıqlama verib.
“Problem yerli şərab məhsullarının rəqabət qabiliyyətinin olmamasıdır, nədənsə “Ukraynada istehsalı”ndan bəhs edilmir, halbuki bu, Avropada mühüm ərzaq məhsuludur və şərab üçün minimum aksiz vergisi tətbiq edilir. Ukraynada qiyməti 12.,23 qrivnadır (təxminən 0.3 dollar). Ona görə də belə fiskal şəraitdə idxal malları ilə rəqabət sadəcə qeyri-realdır”, - Kuçerenko deyib.
Onun sözlərinə görə, problemin həlli variantlarından biri şərabın aksiz vergisinin Avropa səviyyəsinə endirilməsidir, amma digər tədbir kimi o, Gürcüstan və Ermənistan şərab istehsalçılarına qarşı sanksiyalar tətbiq etməklə rəqabətin azaldılmasını təklif edib.
“Şərabçılar artıq bir ildir hökumətdən dəstək gözləyirlər, “Ukrvinprom” dövlətdən Gürcüstan və Ermənistanın bir sıra şərab və konyak istehsalçılarına sanksiya tətbiq etməyi xahiş edib ki, onların məhsulları Rusiya bazarına çıxarılır. Amma vədlərə baxmayaraq, bu istehsalçıların məhsulları bizə satılmaqda davam edir”, - Kuçerenko bildirib.