Larsla daha sürətli əlaqə yaratmaq üçün Gürcüstanda ən hündür körpü tikilir.
Redaktor.az xəbər verir ki, bunu regional inkişaf və infrastruktur naziri İrakli Karseladze deyib.
Körpü 23 kilometrlik Kveşeti-Kobi avtomobil yolu layihəsi çərçivəsində tikilir. Layihədə beş körpü və beş tuneldən ibarət ikizolaqlı asfalt-beton yolun tikintisi və bir körpünün təmiri, həmçinin Qudauri dağ-xizək kurortuna gedən 5 kilometr uzunluğunda yolun tikintisi nəzərdə tutulur.
“Bu, ən yüksək körpü olacaq, dayaqların hündürlüyü 48 və 47 metr olacaq, indiyə qədər Xaşuri dolama yolunda (Şida Kartli bölgəsi) ən yüksək 42 metrlik dayaqlarımız var idi”, - Karseladze bildirib.
Onun sözlərinə görə, 9 kilometrlik təxliyə tunelinin qazılması artıq başa çatıb. Uzunluğu 9 km, eni 15 m olan əsas tunelə paralel olaraq keçir.Hazırda kommunal xidmətlərin təşkili, elektrik enerjisi, xəbərdarlıq sistemləri, mühafizə və digər zəruri sistemlərin çəkilməsi istiqamətində intensiv işlər aparılır.Layihə çərçivəsində 1500 m və 500 m uzunluğunda tunellərin qazılması da yekunlaşıb.
Layihə başa çatdıqdan sonra Kveşetidən Kobiyə gedən yol indiki 1 saat əvəzinə 15 dəqiqə çəkəcək. Kvesheti-Kobi layihəsi 2024-2025-ci illərdə mərhələlərlə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 1,2 milyon lari (təxminən 445 min dollar) təşkil edir.
Turan İSMAYIL