AZ

İran prezidenti: "İsrail öz addımlarını ABŞ-nin sursatları ilə atır"

"Müsəlmanlar yalnız birləşdikləri zaman qələbə qazana bilərlər".

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia Sudani ilə keçirdiyi mətbuat konfransında çıxış edən İran prezidenti Məsud Pezeşkian deyib.

O, bildirib ki, İsrailin Qəzzadakı davranışları Avropa ölkələri və ABŞ-nin əsl simasını ortaya qoyub.

"Sionist rejimi Fələstin xalqını qətlə yetirir və bu rejimi dəstəkləyən ölkələr insan haqları maskası arxasında gizlənir. İsrail qadınları, uşaqları, gəncləri və qocaları qətlə yetirir, məktəbləri və xəstəxanaları bombalayır. İsrail bütün bu hərəkətləri Avropa və ABŞ-nin silah və sursatları ilə həyata keçirir. Əgər fələstinli özünü müdafiə edərsə, onu terrorçu elan edirlər". 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
bakivaxti.az

1Mənbələr