Bu mövsüm çox məhsuldar oyun sərgiləyən ''Fənərbaxça''lı Edin Ceko ilə bağlı maraqlı bir video yayılıb.
38 yaşlı futbolçu bu mövsüm ''Fənərbaxça'' və Bosniya və Herseqovina yığmasının heyətində keçirdiyi 10 rəsmi oyunda 9 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib və 36 yaşdan yuxarı futbolçular arasında Avropada bu göstəricidə zirvədədi.
Yayılan videoda isə Ceko bir azarkeşin şəkil çəkdirmək istəyini geri çevirməyərək onun yanında dayanır. Hadisə Bosniya yığmasının Macarıstanla oyun öncəsi qaldıqları otelin önündə baş verir. Şəkil çəkildikdən sonra isə gözlənilməz olay yaşanır. Həmin şəxs əynindəki gödəkçəni çıxardır və altdan geydiyi ''Qalatasaray'' formasını Cekoya nümayiş etdirir. Yəni ''Fənər''in forvardı ilə şəkil çəkdirən futbolsevər ''Qalatasaray'' azarkeşi olduğunu biruzə verir. Əvvəlcə təəccübünü gizlədə bilməyən Ceko isə daha sonra ''sən indi guya gülməli nəsə etdiyini zənn edirsən?'' deyərək azarkeşə iradını bildirir.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta