Avropa Mərkəzi Bankı (AMB) bu ilin ikinci faiz endirimi qərarını qəbul edib.
Marja.az xəbər verir ki, Bank depozit faizini 3,75 faizdən 3,50 faizə endirib.
Həmçinin yenidən maliyyələşdirmə dərəcəsi və marjinal maliyyələşdirmə imkanı 0,60 faiz bəndi azaldılaraq müvafiq olaraq 3,65 faizə və 3,90 faizə endirilib.
Beləliklə, depozit faizi ilə yenidən maliyyələşdirmə faizi arasındakı fərq 0,50 baza bəndindən 0,15 baza bəndinə endirilib. Depozit faizi ilə marjinal maliyyələşdirmə faizi arasındakı fərq isə 0,25 faiz bəndində sabit qalıb.
“İdarə Heyəti inflyasiya proqnozuna, inflyasiyanın əsas dinamikasına və pul siyasəti qərarlarının ötürülməsinin gücünə dair yenilənmiş qiymətləndirmələrə əsaslanaraq faiz dərəcəsinin yumşaldılması üçün növbəti addımın atılması məqsədəuyğun hesab etmişdir”, - Bankı press-relizində deyilir.