AZ

Sentyabr hadisələriən şərəfli səhifələrdən biridir - ÖZƏL

"2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi bizim tariximizin ən önəmli səhifələrindən biridir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Üstündən illər ötsə də, hər ilin sentyabr günlərində və bütünlüklə il boyunda bu tarixləşən hadisələrə müraciət etmək bizim üçün vacibdir. Tariximizin öyrənilməsi baxımından, gənc nəslin formalaşdırılması baxımından, dövlətimizin mənafelərinin beynəlxalq miqyasda daha səriştəli müdafiəsi baxımından, eləcə də Azərbaycan cəmiyyətinin gücünün və suverenliyinin nümayişi baxımından bu əhəmiyyətli bir tarixi hadisədir. Üstündən nə qədər, neçə il keçməyinə baxmayaraq, ən azı iki nöqteyi nəzərdən bu hadisələrə bizim daimi diqqət yetirməyimiz vacib və əhəmiyyətlidir. 
Birincisi, sentyabr müharibəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin həqiqi mənada bərpa olunduğu tarixi hadisə olması bizim üçün dəyərlidir. Bu müharibə olmasaydı, təbii ki, Azərbaycan müstəqilliyini elan etdiyi 1991-ci ildən sonrakı 20-30 il ərzində, necə ki, öz suverenliyinə tam şəkildə nail ola bilməmişdi, bu proses hələ də bəlkə davam edirdi. Bu mənada Vətən müharibəsi və sentyabr hadisələri bizim tariximiz üçün suverenliyimizin bərpa olunması uğrunda gedən mübarizənin ən şərəfli səhifələrindən biridir. 
Digər bir tərəfdən, biz bu hadisəyə öz suverenliyimizin bərpası faktı və tariximizin önəmli, şərəfli hadisəsi kimi baxdığımız halda, təəssüf ki, Ermənistan və onun dostları bu hadisələri hələ də Azərbaycanın dövlət mənafelərinə qarşı hücum üçün bir bəhanə kimi istifadə edirlər. Hələ də bu hadisələri Azərbaycanın öz suverenliyini bərpa etməsi kimi mütərəqqi bir bucaq altında görmürlər. Hələ də bu hadisələri ermənilərin guya genosidə məruz qoyulduğu və deportasiya edildiyi faktı kimi dünyanın nəzərinə çatdırmağa çalışırlar. Yəni bizim bu hadisələrə dönə-dönə müraciət etməyimiz, bu hadisələri təhlil etməyimiz və təbliğ etməyimiz həm tariximizin təbliğatı deməkdir, həm gücümüzün nümayişidir, həm də bu hadisələrin fonunda Ermənistan dövlətinin revanşist və təcavüzkarlıq fəaliyyətinin planlarının ifşasına yönəlmiş olan bir mübarizə üsuludur. Bu nöqteyi nəzərdən də sentyabr hadisələri bizim üçün önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
olaylar.az

1Mənbələr