AZ

Arveladze "Trabzonspor"un təklifindən imtina edib

Tanınmış gürcü idmançısı Şota Arveladze Türkiyənin "Trabzonspor" futbol klubunun idman direktoru vəzifəsindən imtina edib.

 

Modern.az xəbər verir ki, bir müddət əvvəl Türkiyə mətbuatı Gürcüstan milli komandasının tarixi bombardirinin 1993-1997-ci illərdə çıxış etdiyi və 2015-ci ildə baş məşqçi işlədiyi kluba qayıtması ilə bağlı xəbər yayıb.

 

“Komanda mənimlə əlaqə saxladı və mənə idman direktoru vəzifəsini təklif etdi, amma mən özümü bu rolda təsəvvür edə bilmirəm, çünki mən danışıqlarda iştirak etmək və transferlər üzərində işləmək istəmirəm", - Arveladze söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
modern.az

1Mənbələr