AZ

Bu məktəbin cəmi bir şagirdi var

Türkiyə - Vanın Eskidal məhəlləsindəki məktəbin yeganə şagirdi olan 9 yaşlı Həsrət Aydın bu il təkbaşına təhsilə başlayıb.

Rayondan 78 kilometr aralıda yerləşən Dağseven mahalının Ağsaqqal məhəlləsində 16 təsərrüfat və təxminən 100 nəfər əhalisi olan məktəb rayon Milli Təhsil Müdirliyi tərəfindən yay tətilində təmizlənərək təhsilə hazır vəziyyətə gətirilib.

News24.az TRT-yə istinadən xəbər verir ki, üç ildir yaşadığı obada maaşlı müəllim işləyən Şahin Aydın 3-cü sinif şagirdi və qohumu olan yeganə şagirdini gələcəyə hazırlamaq üçün hər gün səhər saat 08.00-da evdən yola düşür.

Gün boyu məktəbdə şagirdi ilə vaxt keçirən Aydın müəllim şagirdlərinə həm müəllim, həm də dost kimi yanaşır.

Qeyd edək ki, Həsrət Aydın bayramda məktəbi və müəllimi üçün çox darıxdığını bildirib.

Məktəbə başladığı üçün xoşbəxt və həyəcanlı olduğunu bildirən Aydın deyib:

"Səhər oyananda səhər yeməyimi yeyirəm. Anam məni məktəbə getməyə hazırlayır, saçlarımı darayır. Müəllimim məni evdən götürür və biz məktəbə gedirik. Məktəbimi çox sevirəm. Kaş ki, sinif yoldaşım olardı".

Günel Məlikzadə


Seçilən
103
news24.az

1Mənbələr