AZ

Moskva qovrula bilər: Elə istilər gəlir ki...

Sentyabr ayı üçün atipik olan və indi Moskvada müşahidə olunan istilər rekord səviyyəyə yaxınlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets öz "Telegram" kanalında bildirib.

Bildirilir ki, sentyabrın 12-nə keçən gecə termometr üstəgəl 16,6 dərəcədə qalıb. Sinoptikin sözlərinə görə, 1948-ci ildən paytaxtda belə isti gecə olmamışdı.

"Sentyabrda belə göstəricilər subtropik Soçinin gecə normasına uyğundur", - deyə Tişkovets qeyd edib.

Moskva 115 illik hava rekorduna yaxınlaşmaq təhlükəsi ilə üz-üzədir. Meteoroloqun sözlərinə görə, cümə günü bölgədə havanın üstəgəl 25-30 dərəcə isti olacağı gözlənilir. Proqnoz özünü doğrultsa, Moskva 1909-cu ildəki 27,4 dərəcə isti rekordunu təkrarlayacaq. Tişkovets vəd edir ki, yay istisi paytaxtda ən azı daha 10 gün davam edəcək.

Seçilən
113
4
publika.az

6Mənbələr