"Arsenal" baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzadıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, Arteta 2019-cu ildən London klubunda çalışır. “Topçular” ötən mövsüm Premyer Liqada 2-ci olub.