Bakı. Trend:
Sentyabrın 1-də keçirilən parlament seçkilərində yüksək nəticəəldə olunub.
Trend-in məlumatına görə, bunu MSK-nın sədri Məzahir PənahovKomissiyanın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müəyyən məntəqələrdə qanun pozuntularının olmasıilə bağlı iddialar qaldırılıb.
“Biz görsək ki, səsvermənin nəticəsinə təsir edən hallar var,onunla bağlı ciddi tədbirlər görürük. Biz daxil olan bütünmüraciətlərə qanunauyğun şəkildə baxırıq. Sevindirici haldır ki,ümumi nəticələrə təsir edəcək qanun pozuntuları yoxdur”, - deyə oəlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.