Bu gün səhər saatlarında yeni bənövşəyi xətdə "Avtovağzal-Memar Əcəmi-2" stansiyaları arasındakı keçiddə eskalatorlar işləməyib.
Nəticədə sərnişinlər pilləkənlərdən istifadə etməli olublar.
Məsələyə münasibət bildirən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Cebheinfo.az"-a açıqlamasında qeyd edib ki, yoxlama məqsədi ilə eskalatorların hərəkəti dayandırılmışdır:
"Gün ərzində bir necə dəfə fasilə verməklə eskalatorların hərəkəti qısa müddətdə dayanır. Hazırda eskalatorlar tam işlək vəziyyətdədir. Dispetçer məntəqəsindən az önce də əlaqə saxladım, heç bir problem yoxdur".