AZ

Kafe və restoranları daha çox qazanan rayonlar və şəhərlər hansılardır?

Bu ilin ilk yarısının nəticələrinə görə Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyar 29 milyon 982 min manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ən yüksək dövriyyə 708,1 milyon manat olmaqla Bakı şəhərində qeydəı alınıb.

Sumqayıt şəhəri 24,4 milyon manatla 2-ci, Gəncə şəhəri isə 22,7 milyon manatla üçüncü olub.

Qəbələ rayonunda ictimai iaşə obyektləri 14,1 milyon manat, Lənkəran rayonunda təxminən 14 milyon manat, Yevlax rayonunda isə 10 milyon manat əldə ediblər.

Ən az dövriyyə isə 17 milyon manat olmaqla Füzuli və 55 milyon manat olmaqla Ağdam rayonunda olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
fed.az

1Mənbələr