Son yeniləmə: 12 Sentyabr 2024 13:26 BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Naxçıvan məktəbliləri arasında “Müasir türk birliyinə açılan qapı-Naxçıvan Sazişi” adlı inşa yazı müsabiqəsi keçirilir”.BAYRAQDAR MEDİA xəbər verir ki, bunu CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.Onun sözlərinə görə, müsabiqənin şərtləri aşagıdakı kimidir: “Müsabiqədə Naxçıvan Muxtar Respublikasının orta məktəblərində təhsil alan V-XI sinif şagirdləri iştirak edə bilərlər. İnşa Azərbaycan dilində, diyircəkli qələmlə, 1000 söz həcmində yazılmalıdır. Yazıda Naxçıvanın türk dünyasının bir araya gəlməsindəki rolundan bəhs edilməlidir. İnşa yazılarının qəbulu 15.08.2024-cu il tarixdə başlayıb və 19.09.2024-cü il tarixədək davam edəcək. Hər bir şagird müsabiqəyə təqdim olunacaq inşanı təhsil aldığı məktəbin direktoruna təqdim edə bilər. Müsabiqənin sonunda üç ən yaxşı yazı müəllifinə (müvafiq olaraq birinci, ikinci və üçüncü yer olmaqla) xüsusi mükafat, 10 ən yaxşı yazı müəllifinə isı sertifikat təqdim ediləcək”.N.Azəri həmçinin “bu gün türk dünyası özünün şahlanış dövrünü yaşayır. Türk dövlətləri arasında inteqrasiya daha da güclənir və dərinləşir. Təbii ki, bu proseslərin əsası 15 il öncə Azərbaycanda, Naxçıvanda qoyulub. Biz də çalışırıq ki, Naxçıvanın müasir türk dünyasının birliyində oynadığı rol barədə məktəblilər daha çox məlumat əldə etsinlər. Bunun üçün də layihə çərçivəsində bu müsabiqəni keçirməyi qərara almışıq” deyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta