AZ

Strateji valyuta aktivlərində 648 milyon dollar artım qeydə alınıb

2024-cü ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2,6 milyard dollar və ya ÜDM-in 7,5 faizini təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, ilin birinci yarısında tədiyyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Profisitli tədiyyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 648 milyon dollar artıb.

Bu ilin yanvar-iyun ayları ərzində xarici ticarət dövriyyəsi 20,1 milyard dollar təşkil edib. Hesabat dövründə xarici ticarət balansında 4,6 milyard dollar həcmində profisit yaranıb. Azərbaycanın dünyanın 169 ölkəsi ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14,4 faizi MDB üzvü olan ölkələrin, 85,6 faizi isə digər xarici ölkələrin payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
vergiler.az

1Mənbələr