AZ

İran qeyri-səmimi münasibətindən uzaq dura bilmir


"İran Azərbaycana qarşı qeyri-səmimi münasibətindən uzaq dura bilmir. Bu ölkə hər zaman ikibaşlı, ikiüzlü siyasət həyata keçirərək bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq, digər tərəfdən Azərbaycana qarşı məkirli planlar qurmağa çalışıb. Molla rejimi heç vaxt Azərbaycanın güclənməsi, regionda söz sahibinə çevrilməsini istəməyib".

Newscwnter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada təəssüf hissi ilə qeyd edilib ki, Tehranın bu siyasəti hazırda da davam edir:

"Cənub qonşumuzun Zəngəzur dəhlizinin açılmasına qarşı ciddi dirəniş göstərməsi də bu siyasətin bariz nümunəsidir".

Açıqlamada bildirilir ki, kimin hansı formada etiraz etməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq.

Anar Əliyev
Seçilən
68
newscenter.az

1Mənbələr