AZ

“Qalatasaray”ın futbolçusuna fantastik təklif

Türkiyə milli komandasının və “Qalatasaray”ın türk ulduzu Barış Alper Yılmaz Avropa klublarının gündəmində qalmaqda davam edir. Bu dəfə 24 yaşlı vinqerə İngilitərə Premier Liqasından təklif gəlib. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Barış Alper Yılmaza ada təmsilçisi “Nottinqem Forrest” klubu elçi düşüb. İngiltərə təmsilçisi futbolçu üçün İstanbul nəhənginə 25 milyon avro təklif edib. Lakin “Qalatasaray” bu təklifi birdəfəlik rədd edib. 

Qeyd edək ki, “Nottinqem Forrest” hazırda çempionatda zəif çıxış etsə də, ikiqat Çempionlar Liqası çempionudur. O bu göstəricilərinə görə, “Çelsi”, “Mançester Siti”, “Arsenal” və “Tottenhem” kimi “soydaşlarını” qabaqlayır.  vakansiya


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
yenisabah.az

1Mənbələr