AZ

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimindən görüntülər (VİDEO)

Bakı. Trend:

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonundakeçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi davamedir.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistanxüsusi təyinatlıları poliqonda yaradılmış təlim nöqtələrindətaktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktikiməşqləri yerinə yetirirlər.
Çoxmillətli qruplar halında keçirilən döyüş hazırlığı məşğələləriiştirakçı ölkələrin hərbi qulluqçularının təcrübəsindənbəhrələnməyə və onların tətbiq etdiyi forma və metodlarımənimsəməyə imkan yaradır.
Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısındayaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsivə zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırığı qoyulub.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə xüsusitəyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayişetdiriblər.

Bu cür təlimlər bölgələrdə sülhün və təhlükəsizliyin təminolunması məqsədilə səylərin birləşdirilməsinə xidmət edir və şəxsiheyətin qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqların uğurluicrasına böyük töhfə verir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
48
az.trend.az

10Mənbələr