İsrail ordusu İordan çayının qərb sahilində daha 40 fələstinlini nəzarətə götürüb.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı və Fələstin Məhbuslar Dərnəyi məlumat yayıb.
Məlumata görə, ordus son 24 saatda İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə hücumlar həyata keçirib.
Bununla da İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin ümumi sayı 10 min 700-ə çatıb.
Türkan İSGƏNDƏRLİ