Fransa bu ölkə vətəndaşı Teo Klerkin Azərbaycanda məruz qaldığı "açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarı” pisləyib. "Teo Klerk metroda qraffiti çəkdiyinə görə üç il həbs cəzasına məhkum edilib. Eyni əməllərə görə onunla birgə təqsirləndirilən iki nəfər isə cərimə cəzasına məhkum ediliblər”. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Fransa Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara "məhkəmə sistemi müstəqil olmayan və ya müdafiə hüquqları baxımından heç bir təminat təqdim etməyən ölkədə əsassız həbs və ədalətsiz mühakimə olunma riski səbəbindən” xüsusi zərurət olmadan Azərbaycana səfər etməməklə bağlı xəbərdarlığını xatırladıb.
www.anews.az