Bakı, TurkicWorld /Naile Babazade
Son dövrlər Türk dövlətləri, türk xalqları inteqrasiyası istiqamətində doğurdan da çox ciddi addımlar atılır.
TurkicWorld xəbər verir ki, bu sözləri Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Onun sözlərinə görə bu əlifba Türk dünyası üçün böyük bir addımdır.
“Hesab edirəm ki, bu böyük bir addımdır. Ümumiyyətlə son dövrlər Türk dövlətləri, türk xalqları inteqrasiyası istiqamətində doğurdan da çox ciddi addımlar atılır. Burada siyasət, iqtisadiyyat, biznes, idman və başqa sahələrin əks olunduğunu biz görürdük. Bu əlaqələrin ən aparıcı qismi mədəniyyət üzərindən qurulan körpülər və əlaqələrdir. Bu mədəni əlaqələrin içərisində mədəniyyət sahəsində olan çağrışmalar, təhsil, elm və bu istiqamətdə olan bütün məsələləri aid edəbilərik. Türk Dünyasının Birliyi istiqamətində fəaliyyət göstərən bizim klassik ziyalılarımızında o zamandan bəri, müasir dövrdə olan ziyalılarımızın əsas arzu, istək və çalışmaları həm də ortaq əlifba və ədəbi dil üzərinədə köklənirdi. Biz istəyirik ki, Türk dünyası bir-birini anlasın və anladığı üçündə daha sürətli inteqrasiya edə bilsin”,- deyə Göyüşlü vurğulayıb.
O, əlifbanın yaradılmasında əməyi keçən hər kəsə təşəkkürün bildirib.
“Müəyyən tənqidi fikirlərdə səslənir təbii ki, iş olan yerdə obyektiv tənqidlərdə olacaq. Düşünürəm ki, mütəxəsislər bütün bu təklifləri araşdıracaqlar, gələcəkdə hansısa təkmilləşmələrdə edilə bilər. Bu işi görən şəxslərə təşəkkür edirəm ki, bu qədər gərgin əmək və zəhmət sərf edib bu addımı atıblar. Əlifbadan istifadə imkanları genişlənərsə təxminən üç yüz milyonluq bir türk dünyası bir-birini anlamaq istiqamətində böyük bir məsafəni qət etmiş olacaq. Müzakirəyə açıq bir məsələdir”,- deyə Göyüşlü bildirib.
Eyni zaman da Göyüşlü bu məsələlərin çox əvvəldəndə gündəmdə olduğunu bildirib.
“1926-cı ildə Bakıda Türkoloji Qurultay keçirilmişdi orda da bu məsələlərə bildiyim qədəri ilə diqqət edilmişdi. Lakin üstündən 100 ilə yaxın vaxt keçib. Biz bu qərarlarımızı icra edə bilmədik. 1991-ci ildə yenidən əlifba məsələsi gündəmə gəldi. Hətta qərar layihəsi də var idi ortada, qəbulda olundu, lakin icra edə bilmədik.Yenidən biz bu məsələlərə qayıtıdıq, artıq qərar verildi. Düşünürəm ki, bu dəfə bu qərar icra olunacaq, icra olunmalıdır. Türk dünyasının qarşısında böyük hədəflər var. O hədəflərə ulaşmaq üçün bu məsələdə bizə çox böyük vəsilə olacaqdır.” -deyə bildirib.
Qeyd edək ki, dünən Türk Akademiyası Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının yaradılması ilə bağlı razılığa gəlib.