AZ

Zidan karyerasındakı ən yaxşı qolu açıqladı


“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan karyerasında vurduğu ən yaxşı qolu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Madrid Xtra” portalı “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Ən yaxşı qolum? Düşünürəm ki, mənim ən mühüm və ən gözəl qolum “Bayer”lə matçda vurduğum qoldur. Çünki Çempionlar Liqasını qazanmaq üçün bizə bu qol çox lazım idi”, - deyə Zidan bildirib.
Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”ə 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib.
Fransız məşqçi “Los Blankos”la birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə Çempionlar Liqasının qalibi olub.
Zidan futbolçu kimi “Kann”, “Bordo”, “Yuventus” və “Real Madrid” klublarında çıxış edib.
FİFA onu üç dəfə ilin ən yaxşı futbolçusu elan edib.
Zidan 2006-cı ildə karyerasını başa vurub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
yeniavaz.com

1Mənbələr