AZ

"Qalatasaray"da ciddi itki: 3 həftə oynamayacaq

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Hakim Ziyeş sıradan çıxıb.

31 yaşlı vinger Mərakeş milli komandasının düşərgəsində zədələnib. Təcrübəli ön xətt oyunçusu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Hakim Ziyeş ötən ilin yayından "Qalatasaray"da çıxış edir. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətində 4 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
89
sportal.az

1Mənbələr