Türkmənistan Əfqanıstana iqtisadi, siyasi və diplomatik dəstəyini davam etdirəcək. Bunu Türkmənistan-Əfqanıstan sərhədində energetika, nəqliyyat, rabitə və logistika infrastrukturu obyektlərinin açılışı və istifadəyə verilməsi mərasimində Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov deyib.
“Mən əfqan qardaşlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, Türkmənistan qonşu ölkəyə iqtisadi, siyasi və diplomatik, xüsusən də beynəlxalq arenada hərtərəfli dəstək verməyə davam edəcək”, - deyə rəsmi “Neytral Türkmənistan” qəzeti onun sözlərini sitat gətirir.
Mərasim zamanı Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondunun vəsaiti hesabına Əfqanıstana humanitar yardım göndərilib. O, uşaq qidası, buğda, qida və sənaye məhsulları, yanacaqdan ibarətdir.
Oxuməni.az