AZ

“Qırmızı xaç”-ın üç əməkdaşı Ukraynada həlak oldu - Zelenski bəyanat yaydı

Rusiya qoşunlarının Donetsk vilayətinin Verolubovka məntəqəsini atəşə tutması nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin 3 əməkdaşı həlak olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna ombudsmanı Dmitri Lubinets məlumat verib: “Rusiya Federasiyasının Donetsk vilayətinin Verolubovka kəndini artilleriya atəşinə tutması nəticəsində BQXK-nın tam ştatlı işçisi olan üç Ukrayna vətəndaşı humanitar yardımın daşınması zamanı həlak olub, daha iki işçi isə yaralanıb”.

Ukrayna Prezidenti Violodimir Zelenski hadisə ilə bağlı xüsusi müraciətlə çıxış edib və beynəlxalq qurumları Rusiya terroruna qarşı birgə mübarizəyə çağırıb.

“AzPolitika.info”

Seçilən
105
azpolitika.info

1Mənbələr