AZ

Dünya müharibəsinə doğru bir addım: Mask ABŞ-ın Ukraynaya icazəsini təhlükəli hesab edir

"X" sosial şəbəkəsində istifadəçilərdən biri "hiss edirəm, üçüncü dünya müharibəsi çoxdandır başlayıb və davam edir, lakin səlahiyyətlilər bu barədə məlumat verməkdən imtina edir", - deyə yazıb.

Publika.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask həmin istifadəçiyə cavab yazıb. O deyib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərində zərbələr endirməyə icazə verərsə, bu, yeni dünya müharibəsinə doğru bir addım olacaq.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Kiyevə səfəri zamanı Qərb istehsalı olan uzaqmənzilli raketlərlə Rusiyaya zərbələr endirilməsi mövzusu müzakirə olunub.

"ABC News"un Ukrayna prezidentinin adı açıqlanmayan köməkçisinə istinadən verdiyi məlumata görə, iclasda Ukrayna Silahlı Qüvvələrinin ABŞ silahlarını Rusiyanın dərinliklərinə endirməsi ehtimalı ilə bağlı heç bir qərar qəbul edilməyib.

Seçilən
53
50
publika.az

10Mənbələr