Həmyerlimiz Sadıq Bagiev Rusiyada klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, 20 yaşlı yarımümdafiəçi “Kuban Holdinq”dən “SKA-Xabarovsk”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulanmüqavilə imzalanıb.
Qeyd edək ki, Sadıq Bagiev 2022-ci ildə U-19 yığmamıza dəvət olunub və iki yoxlama matçında meydana çıxıb.
“SKA-Xabarovsk” Rusiyanın 1-ci liqasında mübarizə aparır və 9 turdan sonra 8 xalla 18 komanda arasında 16-cıdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta