AZ

Serxio Ramos Türkiyə klubunda

Dünyaca məşhur ispaniyalı futbolçu Serxio Ramos “Qalatasaray”da oynamağa çox yaxındır. 38 yaşlı müdafiəçini transfer etmək istəyən klublar arasında, ən yüksək şansın Türkiyə təmsilçisində olduğu vurğulanıb. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş ulduz hələlik heç bir klubun təklifini qəbul etmir. Ramos hazırda heç bir kluba mənsub deyil. 

Xatırladaq ki, Serxio Ramos “Sevilya” klubunun yetirməsi olsa da, daha çox “Real Madrid”dəki əfsanəvi çıxışı ilə tanınıb. O, uzun müddət kral klubunun və İspaniya millisinin kapitanlığını daşıyıb.  vakansiya


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
yenisabah.az

1Mənbələr