Nigeriyanın Maidquri şəhərində sel və daşqınlar ciddi fəsadla törədib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Borno əyalətinin qubernatoru Babaqana Zulum məlumat verib.
Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zulum, 100 mindən çox insanın evlərindən didərgin düşdüyü məlumatını paylaşıb.
Ölkədə ael və daşqınlardan ümumilikdə 1 milyon insan əziyyət çəkir.
Zulum bildirib ki, hökumət fövqəladə hallara cavab vermək üçün tibbi heyət yaratmağı planlaşdırır və hazırda daşqından zərər çəkən ailələrə ərzaq və maddi yardım edir.
Şəbnəm Mehdizadə