AZ

Meta şirkəti süni zəka sistemlərinin təlimatlandırılmasında istifadəçilərin fotolarını istifadə etdiyini etiraf edib

      Meta şirkəti etiraf edib ki, o öz süni zəka modellərinin təlimatlandırılması prosesində istifadəçilərinin açıq mənbə şəklində olan paylaşım və fotolarından istifadə edib. Bu məlumatı şirkətin qlobal konfidensiallıq üzrə direktoru Melinda Claybaugh, Avstraliya Senatı tərəfindən aparılan araşdırma çərçivəsində təqdim edib. Claybaugh bildirib ki, Meta şirkəti 2007-ci ildən açıq mənbə şəklində olmuş paylaşımlar barəsində məlumatları yığıb.    Bu cür etiraf öz növbəsində konfidensiallıqla bağlı ciddi narahatlıqlara səbəb olub. Əsasən də azyaşlı istifadəçilərin konfidensiallıqları mövzusunda. Claybaugh-un sözlərinə əsasən 18 yaşdan aşağı istifadəçilərin hesabları bu mövzuda skan olunmayıb. Lakin azyaşlıların valideynləri tərəfindən onların açıq mənbə şəklində paylaşılmış fotoları şirkət öz məqsədlərində istifadə edib. Avropa Birliyi regionundakı istifadəçilər süni zəka modellərinin təlimatlandırılması prosesində istifadə üçün nəzərdə tutulmuş məlumatların yığılmasından imtina edə bilərlər. Lakin avstraliyalı istifadəçilər belə bir imkana sahib deyillər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
technote.az

1Mənbələr