AZ

"Barselona" ilə "Bayern" ulduzlarını dəyişir

Avropanın aparıcı ölkələrində transfer pəncərəsi yeni bağlansa da, "Barselona" qışda heyətini gücləndirmək üçün indidən fəaliyyətini gücləndirib.

Fanat.Az
"TodoFichajes"-ə istinadən xəbər verir ki, Kataloniya nəhəngi  bu qış həm müdafiədə sağda, həm də mərkəzdə oynaya bilən 29 yaşlı Coşua Kimmix ilə müqavilə bağlaya bilər.

Mənbənin məlumatına görə,  "Bayern Münhen" oyunçu mübadiləsinə hazırdır. Almaniya klubu Frenki de Yonqun transferi ilə bağlı danışıqlarda güzəşt əldə edəcəyi halda, Kimmixi qarşı tərəfə göndərə bilər. Belə ki, 27 yaşlı niderlandlı yarımmüdafiəçi uzun müddətdir ki, Bundesliqa nəhənglərinin maraq dairəsindədir. Beləliklə, Münhen kklubu vəziyyətdən yararlanmaq istəyir.

Qeyd edək ki, Coşua Kimmixin "Bayern"lə hazırki müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədər, Frenki de Yonqun müqaviləsi "Barselona" ilə anlaşması isə 2026-cı ilin ortalarına qədərdir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
fanat.az

2Mənbələr