AZ

"Bütün bunlar Azərbaycan dövləti tərəfindən izlənilir" - deputat

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana yardımın həcmini 130 milyon dollar artıraraq, Ermənistana ümumi investisiyasını 250 milyon dollara çatdıracaq. USAID özünün təqribən 27 milyard dollarlıq büdcəsi ilə dünyanın ən böyük yardım təşkilatı hesab olunur. USAID son iki il ərzində büdcəsindən “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğunu dəstəkləmək üçün” 9 milyard dollar vəsait ayrılıb. Azərbaycanda USAID 1991-ci ildən fəaliyyət göstərir.Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nın USAID təşkilatı xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərir. Məqsədləri də əsasən demokratiyadan, inkişafdan müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğunu dəstəkləməkdən, icmaların inkişafından və sair belə sözü xoşagəlimli, fikirlərdə gözəl görünən tərəfləri olsa da konkret olaraq Azərbaycan və Ermənistan arasındakı münasibətləri və həmin münasibətlərə USAID-in konkret olaraq mövqeyi hər şeyi açıb ortaya qoyur.Deputat bildirib ki, 27 milyardlıq dollarlıq büdcəsi ilə dünyanın böyük fondu olan təşkilat nadir hallarda Afrikada, digər çox geridə qalmış ölkələrdə belə sahələrə maliyyə ayırır.“Artıq məlumat verilib ki, bu təşkilat Ermənistana yardımının həcmini artırır. Bu artım 130 milyon dollar olacaq. Ümumi olaraq isə, USAID-in Ermənistana ayırdığı məbləğ 250 milyon dollara çatdırılır. Konkret olaraq mövqedə hər şey ortadadır. Ermənistan 30 ilə yaxın işğal ilə məşğul olub, terror ilə məşğul olub. Genosid, urbasid və bütün insanlığa bəşəriyyətə yad olan və bütün dəyərləri tapdalayan fəaliyyətlə məşğul olan Ermənistana bu lütfkarlığın səbəbləri aydındır. Bu təşkilat bir daha özünün selektiv yanaşması ilə, özünün konkret maraqlarını ortaya qoyur. O danışılan icmalara təşkilatlara vətəndaş cəmiyyətinin inkişafına demokratiya və s. yardım kimi xoş görünən sözlər hamısı bax bununla da puça çıxır. Təşkilatın konkret mövqeyi aydın olur. Bu da onu deməyə əsas verir ki, təşkilatda erməni lobbisinin təsiri var. Onlar heç ümumiyyətlə Azərbaycan və Ermənistan arasındakı münasibətləri, ümumiyyətlə bu tarixi, bu münaqişənin tarixini bilmirlər. Ümumiyyətlə, Azərbaycanda gedən prosesləri dərindən izləmirlər”-deyə Vüqar İskəndərov vurğulayıb.Deputat hesab edir ki, təşkilat Azərbaycanın bu inkişafını görməzdən gəlir və dünyada bir yeni inkişaf modeli ilə sürətlə nüfuz qazanan bu dövləti görmək istəmirlər. Vüqar İskəndərov qeyd edib ki, təşkilat Ermənistanı dirçəltmək və ayağa qaldırmaq üçün bütün imkanlarından istifadə edir, bir ölkəyə bu qədər yüksək məbləğ maliyyə ayrılır.“Bütün bunlar Azərbaycan dövləti tərəfindən izlənilir. Biz susmamışıq, mövqeyimizi bildirmişik. Azərbaycan hökuməti, xarici işlər nazirliyi və parlament üzvləri bu təşkilatın konkret olaraq, buradakı yarıtmaz fəaliyyətini qeyd etmişik”-deyən deputat təşkilatın Gürcüstanda olan fəaliyyətini nümunə göstərib. Vüqar İskəndərov qeyd edib ki, təşkilatın Gürcüstanda hansı fəaliyyətlə məşğul olduğunu Gürcüstan siyasiləri bildirir.“Bu fəaliyyət insan haqlarını boğan, digər qonşu dövlətə torpaq iddiasında olan, söz azadlığına qənim kəsilən, mitinqlərdə insanları vəhşicəsinə döyən və hələ də həbsxanada saxlayan Ermənistana belə külli miqdarda məbləğin ayrılması, Azərbaycana qarşı tamamilə əksini gördüyümüz bu münasibət çox təəssüf doğurur. Düşünürük ki, 91-ci ildən ölkəmizdə fəaliyyət göstərən bu təşkilat özünün belə selektiv mövqeyinə yenidən baxmalı və Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycana münasibətinə rassional olmalı və ədalətli mövqe tutmalıdır”-deyə deputat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
dia-az.info

1Mənbələr