Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib. Bəs görəsən plana düşmüş evlər nə vaxt söküləcək ?Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu evlərin dəqiq sökülmə tarixi hələlik bəlli deyil:"Bu zamana qədər dövlət hesabına yalnız Sovetski və onun ətraf əraziləri sökülüb. Bundan sonra isə dövlət hesabına söküləcək hər hansı bir yer olsa da, onların sayı da çox az olacaq. Sadəcə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə 1-ci mikrorayonun sökülməsi nəzərdə tutulub. Orada 40-a yaxın bina - 1800 mənzil var. O evlər Fövqəladə Hallar Nazirliyi tərəfindən qismən yararlı və təhlükəli hesab olunur. Amma dəqiq sökülmə tarixi yoxdur. Bu proses bir müddətlik dayandırılıb. Çünki o ərazinin sökülməsi indiki tikinti normativləri ilə düz gəlmir. Şəhərin digər ərazilərindən dövlət tərəfindən sökülməsi gözlənilən heç bir yer yoxdur. Əgər belə bir şey olarsa, bu tikinti şirkətləri tərəfindən baş verə bilər. Ölkədə isə belə böyük həcimli planı üzərinə götürəcək tikinti şirkətinin olduğunu düşünmürəm".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta