AZ

Macarıstan Avropa Komissiyasına qarşı iddia qaldıra bilər

Macarıstan hakimiyyəti Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin mühafizəsi ilə bağlı təxminən 2 milyard avroluq xərclərin ödənilməsi üçün Avropa Komissiyasına qarşı iddia qaldıra bilər.

Bu barədə Macarıstanın baş nazirinin ofisinin rəhbəri Gerqey Quyyaş bildirib.

\"Biz Avropa Komissiyasına qarşı iddia qaldırmağa hazırıq. Təşkilat digər Aİ-yə üzv ölkələrə Şengen sərhədinin mühafizəsini qismən və ya tam ödəyib. Macarıstan son illər ərzində Şengen sərhədinin mühafizəsinə 2 milyard avro xərcləyib, lakin Aİ-dən heç bir əhəmiyyətli yardım almayıb\", - o bildirib.

G.Quyyaşın sözlərinə görə, Almaniyanın sentyabrın 9-da dövlət sərhədlərində əlavə nəzarət tətbiq etmək qərarı Aİ daxilində sərbəst yerdəyişməyə mane olur: \"Əvvəlcə onlar Avropa İttifaqı ölkələrinə xarici sərhədləri səmərəli şəkildə qorumağa icazə verməyərək ziyan vurdular. İndi isə daxili sərhədlərdə məhdudiyyətlər tətbiq edərək birliyi dağıdırlar\", - deyə o əlavə edib.
 
///report
Seçilən
59
8
azxeber.com

9Mənbələr