Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda, həmçinin Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlət sosial yardımı alan 11 min 600-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib.
“PAŞA Holding” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.