Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobili atəşə tutub.
APA-nın Ukrayna mediasına istinadən xəbərinə görə, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.
Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.