Bu özəl gün bütün dünyada böyük endirimlərin təqdim olunduğu və istehlakçıların səbirsizliklə gözlədiyi alış-veriş festivalına çevrilib. Bəzən endirim günü sayılan bu günün insanları aldatdığı ilə bağlı xəbərlərlə də qarşılaşırıq. Bəs həqiqətən də bu belədirmi?
Məsələ ilə bağlı Demokrat.az-açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, “Black Friday” endirim kampaniyası ölkədən asılı olaraq dəyişə bilir:
“ ABŞ-da bu endirim kampaniyasının uzun illərlə davam edən ənənəsi var. Hətta insanlar 1 il heç bir alış-veriş etməyib həmin günü gözləyirlər ki, ciddi endirimlərlə mal ala bilsinlər. Şirkətlərində gəlirliliyinin artmasına səbəb dövriyələrin artmasıdır. Kifayət qədər ciddi həcmdə dövriyyələr artır və nəticə etibarilə onların gəlirləri artır. Çünki satışlar çoxalır. Amma Azərbaycanda bu kampaniya fərqlidir. Bizdə belə bir ənənə də yoxdur. Azərbaycanda “Black Friday”-dan öncə qiymətləri artırırlar, sonra həmin gün edirim edirlər. Yəni Azərbaycanda “Black Friday” tamam fərqli bir situasiya bağışlayır. Amma ABŞ-da Avropada artıq bunun ənənəsi 10 illərlə davam edir və orada insanları aldatmaq da mümkün deyil. Azərbaycanda isə bu kampaniyay üzərində ciddi bir monitorinq yoxdur deyə, fərqli mənzərənin şahidi oluruq”.
Mehriban Mirzəzadə
Demokrat.az