AZ

Blinken: ABŞ Ukrayna üçün silah mövqeyini düzəltmək niyyətindədir

Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə verilən silahlarla bağlı mövqeyini düzəltmək niyyətindədir.Elchi.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Varşavada Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə Dövlət Departamentinin rəsmi saytında yayımlanan birgə mətbuat konfransında deyib.Jurnalistlərin Rusiya ərazisinə Amerika silahlarının zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması perspektivləri ilə bağlı sualını cavablandıran dövlət katibi qeyd edib ki, ABŞ administrasiyası Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı ehtiyacları barədə ukraynalı həmkarları ilə müzakirələr aparıb və onların ehtiyaclarını qəbul edib. “Biz həm ABŞ, həm də Ukraynanı dəstəkləyən bir qrup ölkə olaraq gördüklərimizə, təmin etdiyimiz şeylərə düzəlişlər edəcəyik” – deyib.Blinken vurğulayıb ki, Vaşinqton lazım gəldikdə Kiyevin ehtiyac duyduğu hər şeyə malik olmasını təmin etmək üçün Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan vasitələrə də dəyişiklik edəcək.Bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov ABŞ-da Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı müzakirələri “kamuflyaj müzakirəsi” adlandırmışdı . Onun sözlərinə görə, bu qərar çoxdan verilib.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
50
elchi.az

10Mənbələr