AZ

OpenAI yeni investisiyalar ilə yanaşı 5 milyard dollarlıq kredit əldə etməyi planlaşdırır

     Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən OpenAI şirkəti yeni investisiyalar cəlb etmək niyyətindədir. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət yeni investisiyalardan əlavə olaraq bərpaolunan kredit şəklində 5 milyard dollar həcmində kredit götürməyi də nəzərdə tutub. Şirkətlər adətən bu cür addımları IPO-ya hazırlıq çərçivəsində atırlar. Bloomberg bildirib ki, OpenAI 6.5 milyard dollar həcmində investisiya cəlb etməyi və 5 milyard dollar həcmində kredit götürməyi planlaşdırır.     Bu halda şirkətin bazar dəyəri 150 milyard dollara yüksələ bilər. Şirkətin kreditorları qismində isə banklar çıxış edəcəklər Bu hallarda şirkət üçün bərpaolunan kredit xətti bankların özəl müştəriləri üçün nəzərdə tutulmuş kredit xəttinin analoqudur. Bununla belə şirkət yeni kreditin əldə edilməsi üçün cari kredit borcunu tam şəkildə bağlamağa məcbur qalmayacaq. Bir çox şirkət zamanında IPO-dan öncə pul vəsaitlərinin əldə edilməsi üçün bərpaolunan kreditdən istifadə edib. Bu cür şirkətlərin arasında Meta, Alibaba Group, Uber Technologies və DoorDash kimi şirkətlər var.

Seçilən
34
50
technote.az

10Mənbələr