Adobe şirkəti özünün Firefly adlı neyron şəbəkəsinin köməyi ilə mətn formatında təsvirlər əsasında videoların tərtibatı imkanını sərgiləyib. Şirkət tərəfindən təqdim edilmiş qısa videodan da görmək olar ki, şirkətin neyron şəbəkəsi tərəfindən tərtib edilən videoların keyfiyyətləri OpenAI şirkətinin Sora adlı neyron şəbəkəsinin və ona bənzər digər analoqların tərtib etdikləri videoların keyfiyyətlərinə çox yaxındır. Qısa videoda Firefly neyron şəbəkəsinin video tərtibat funksiyası və tərtib edilmiş videonun alətlər paneli vasitəsilə redaktəsi imkanı əks olunub. Belə ki, istifadəçi tərtib edilmiş videonun kadr tezliyini, kamera rakursunu və kameranın hərəkət növünü seçə bilər. Bundan əlavə olaraq videoda digər materialın kadrı əsasında tamamilə yeni videonun tərtibatı imkanı da əks olunub. Videoda sözügedən neyron şəbəkəsinin əsas üstünlüyü əks olunub. Söhbət, onun kommersiya məqsədli istifadəsindən gedir. Məsələ burasındadır ki, Firefly müstəqil lisenziyalı materiallar əsasında təlimatlandırılıb. Məlumatda qeyd edilib ki, Firefly mətn formatında təsvirlər əsasında yalnız 5 saniyəlik videolar tərtib edə bilir. Sözügedən imkanın ilk beta test versiyası artıq bu il ərzində istifadəyə verilməlidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta